Məşhur aparıcı Ece Erkenin avtomobili yararsız hala düşüb.
"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə aparıcının Çeşme Alaçatdakı evinin qarşısında baş verib.
Səhər saatlarında sərxoş sürücünün idarə etdiyi avtomobil Erkenin maşınına çırpılıb.
Teleaparıcı qəza zamanı evində olub, hadisə yerinə polis əməkdaşları gəlib.
"Əsas canımız sağ olsun. Allahdan maşın evin içinə girməyib",- deyərək məsələyə münasibət bildirib.




Son xəbərlər
Son Xəbərlər