Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir.
"Qafqazinfo"nun məlumatına görə, “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 19 aprel 2016-cı il tarixində, saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində bəstəkara həsr olunmuş yubiley gecəsinin keçirilməsi nəzərdə tutulub.
Qəmbər Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkardır.
Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri vardır. Bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.
Son xəbərlər
Son Xəbərlər