“Qafqazinfo” xəbər verir ki, Radio ANTENN-in aparıcısı Əzizə İsmayılova da ZARA-da qarşılaşdığı belə bir vəziyyəti özünün facebook hesabında paylaşıb:
“Bilmirdim ki, bu dükanın geyinmə otaqlarının təmizliyi 28 Mall-ın tualetləri ilə belə müqayisə oluna bilməz. Sanki geytinmə otağına yox, zibil qabına girirsən. Kabinalarda toz dizə qədərdir. Satıcılardan biri bildirdi ki, xadiməyə pul vermək istəmirlər. Məsələyə aydınlıq gətirən ukraynalı xanım menecerin cavabı orijinal oldu: “Çatdıra bilmirik”.
Daha sonra aparıcı bildirib ki, kassada duran satıcılar, müştəri ilə çox sərt və saymazyana davranırlar:
"İnsan məcburən bir sualı 2-3 dəfə verməli olur, "xanım, sizin meneceri necə görə bilərəm?" sualını xanım satıcı eşitməzdən gəldi. Səbr etdim. Bir də sual verdim və gözlədim. Düz 10 dəqiqə sonra səsimi yüksəltmək zorunda qaldım. Bu dəfə xanım, çox böyük bir əda ilə oğlan əməkdaşlardan birini menecer arxasınca göndərdi.
Mağazada etdiyim müşahidə zamanı da anlamadığım durum vardı. Bir xanım mağaza işçisindən ona şalvar seçimində kömək etməsini istədi. İşçinin cavabı isə “xanım, şalvarlar ordadı, gedin baxın” deyib istiqamət göstərmək oldu.
Qiymətləri kifayət qədər yuxarı olan bu dükanda insanlara münasibətin bu qədər aşağı olmasının səbəbi hələ də mənə aydın deyil".
Son xəbərlər
Son Xəbərlər