Məşhur brend yeni kolleksiyasına görə topa tutuldu - Üzr istədi

meshur-brend-yeni-kolleksiyasina-gore-topa-tutuldu
Oxunma sayı: 4527

Məşhur “Loewe” brendinin yeni kolleksiyası etirazlara səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dizaynerlərin bu dəfə hazırladıqları şalvar və köynək Holokost qurbanlarının ölüm düşərgəsindəki geyimlərini xatırladıb. Sosial şəbəkə istifadəçilərinin kəskin etirazlarından sonra ispan moda evi geyimləri satışdan çıxararaq hər kəsdən üzr istəyib.

Qeyd edək ki, geyimlər noyabrın 14-də satışa təqdim olunub. Qısa müddətdə yeni geyimlər İkinci dünya müharibəsindəki nasist düşərgələrində əsirlərin paltarlarına bənzədilərək etirazlarla qarşılanıb.