Məşhur brendin alqışsız keçən ilk dəfiləsi... - Fotolar

meshur-brendin-alqissiz-kecen-ilk-defilesi
Oxunma sayı: 2370

Məşhur modelyer Giorgio Armani Milan Moda Həftəsi çərçivəsində təşkil olunan dəfiləsində dəyişiklik edib. 

“Qafqazinfo” xəbər verir ki, modalar evi nümayişi boş salonda keçirib, internetlə canlı yayımlayıb.

Gecədə modellərdən başqa heç bir tamaşaçı iştirak etməyib.

Buna səbəb İtaliyanın Lombardi şəhərində ortaya çıxan koronavirusudur. Brend təhlükəsizlik məqsədilə belə bir addım atdığını vurğulayıb.

Qeyd edək ki, virus səbəbi ilə teatrlar, kinoteatrlar, klublar da bağlanıb. Virusa yoluxan 152 nəfər nəzarətə alınıb.