Məşhur cütlük 26 milyon dollara villa aldı - Fotolar

meshur-cutluk-26-milyon-dollara-villa-aldi
Oxunma sayı: 3344

İki ay öncə Los-Ancelesin Bel-Eyr rayonundakı yeni villalarına köçən dünya şöhrətli cütlük- 36 yaşlı Beyonsla 47 yaşlı əri Cey-Zi özlərinə İst-Hamptonda daha bir malikanə alıblar.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 26 milyon dollar məbləğindəki villa 7 yataq otağı, hamam otaqları, mətbəxdən ibarətdir.

Malikanənin həyətində həmçinin qonaqlar üçün də xüsusi ev tikilib.