Məşhur cütlük Amerikaya köçür? - Açıqlama

meshur-cutluk-amerikaya-kocur
Oxunma sayı: 699

2015-ci ilin dekabrında ailə quran türkiyəli cütlük Ceyda Düvenci ilə Bülent Şakrakın bundan sonra ABŞ-da yaşayacağına dair xəbərlər yayılıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, aktrisa xəbəri təkzib edərək Amerikada sadəcə il ərzində 4-5 ay qalacaqlarını bildirib.

“Hər il yaz məktəbi üçün ABŞ-a getdiyimzdən məcburən hoteldə qalmalı oluruq. Bu isə çox pul tələb edir. Buna görə də Nyu-Cersidə ev almışıq. Orada qaldığımız müddətdə ərim də bekar qalmamaq üçün özünə iş qurub. Bu, daim orda qalacağımız demək deyil. Biz vətənimiz və karyeramızdan məmnunuq”, - deyə C. Düvenci vurğulayıb.