2013-ci ildə evlənən Badə İşçil və Malkoç Sualp cütlüyü ötən gün boşanıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aylardır bir-birilərinə ittihamlar irəli sürən, tez-tez mübahisə edən cütlük münasibətlərinə son qoyub.
Badə və Malkoçun məhkəmə prosesi Çerkezköy Ədliyyəsində baş tutub, hər iki məşhur razılaşmalı olaraq boşanıb.
İmzalanan boşanma protokolu isə mətbuata açıqlanmayıb.
Son xəbərlər
Son Xəbərlər