Türkiyə mətbuatı daha bir məşhur cütlüyün boşanmağa hazırlaşması haqda məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, “Söylemezsem olmaz” verilişində müğənni Əmrə Altuğun model həyat yoldaşı Çağla Şikellə boşanmağa hazırlaşması, hətta müğənninin yaşamaq üçün ayrı ev axtardığı iddia edilib.
Uzay ve Kuzey adlı iki oğlu olan cütlük boşanma iddialarına hələ ki, münasibət bildirməyib.
***
Məşhur Emre Altuğ və Çağla Şikel cütlüyü boşanacaqları haqda yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük ortaq yaydığı açıqlamada ayrıldıqlarını bildirib:
“Kədərlənərək ifadə edirik ki, 7 illik evliliyimizi bitiririk. Biz böyük bir eşqlə və tərifi mümkün olmayan bir sevgiylə evliliyimizi davam etdirdik, lakin sonda razılaşaraq ayrılmağa qərar verdik. Bundan sonrakı həyatımızda da hər zaman bir-birimizin yanında olacağıq. Birlikdə keçirdiyimiz qiymətli illər üçün bir-birimizə minnətdarıq. Bu ayrılığımız hər hansı bir üçüncü adamla əlaqədar deyil”.
Könül
Son xəbərlər
Son Xəbərlər