Məşhur cütlük boşanır?

meshur-cutluk-bosanir
Oxunma sayı: 5110

Türkiyə şou-biznesində xoşbəxt və nümunəvi cütlük kimi tanınan aktrisa Ceyda Düvenci və aktyor Bülent Şakrakın ayrılmaları barədə iddialar yayılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 8 il əvvəl nikah masasına oturan cütlüyün boşanacağı ilə bağlı gəzən söz-söhbət sevənlərini üzüb.

Həmçinin oxuyun: В этом отеле избили транссексуалов

Ayrılma iddiasının ortaya atılmasına isə onların uzun müddətdir birlikdə görüntülənməmələri səbəb olub. Belə ki, sosial şəbəkə hesabında tez-tez birgə fotolarını paylaşan və şərhlərdə bir-birilərinə romantik sözlər yazan cütlüyün təxminən bir aydır məsafəli olması yayılan söz-söhbəti daha da gücləndirib.

Tərəflər iddialarla bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, bu, Ceyda Düvencinin ikinci evliliyidir. O, 2008-2013-cü illərdə iş adamı Engin Akgünlə ailəli olub, cütlüyün bu nikahdan Melisa Nur adlı qızları dünyaya gəlib. 

Aktrisa B. Şakrakla isə 2015-ci ildə ailə qurub, Okan Ali adında oğulları var.