Məşhur cütlük evləndikdən 7 ay sonra boşandı

meshur-cutluk-evlendikden-7-ay-sonra-bosandi
Oxunma sayı: 2365

Amerikalı müğənni və aktrisa Mayli Sayrusla avstraliyalı aktyor Liam Hemsvort evləndikdən 7 ay sonra boşanıblar.

“Qafqazinfo” “People” jurnalına istinadən xəbər verir ki, cütlük karyeralarına uğurla davam etmək üçün belə qərara gəlib.

Xatırladaq ki, Mayli ilə Liam 2018-ci ilin dekabrında gizli şəkildə ailə qurub. Cütlük Tennessi ştatında nikaha daxil olub.