Məşhur cütlük hər ay 35 min ödəyəcək - Fotolar

meshur-cutluk-her-ay-35-min-odeyecek
Oxunma sayı: 2508

Brad Pitt və Angelina Jolie İngiltərədə villa kirayə götürüblər.

“Qafqazinfo” xarici KİV-ə xəbər verir ki, London yaxınlığında kirayə götürülən villanın aylıq dəyəri 21 min dollardır (təxminən 35 min manat).

8 yataq otağından ibarət olan villanın bağlı hovuzu və idman salonu da var.

Cütlüyün kirayə götürdüyü malikanə Hollivud ulduzu Corc Clooneyin evinin yanındadır.

Angelina və Pitt ilin ortalarına kimi villada qalmaq barədə qərar veriblər, New-Orleansdakı evlərini satışa çıxarıblar.

Brad Pitt və Angelina Jolienin bu qərarı məşhur aktyorun yeni film layihəsi ilə bağlıdır. Belə ki, Pitt “World War Z 2” filminin çəkilişləri üçün Londonda qalmaq məcburiyyətindədir.