Məşhur cütlük koronavirusla mübarizəyə 1 milyon bağışladı

meshur-cutluk-koronavirusla-mubarizeye-1-milyon-bagisladi
Oxunma sayı: 1640

Məşhur amerikalı aktrisa Bleyk Layvli və kanadalı aktyor Rayan Reynolds nümunəvi addım atıb.

“Qafqazinfo” xəbər verir ki, tanınmış cütlük koronavirus (COVİD-19) epidemiyası səbəbi ilə qida və başqa ərzaq məhsullarına ehtiyacı olan şəxslərə yardım edib.

Uzun illərdir evli olan Layvli və Reynolds “Feeding America” və “Food Banks Canada” xeyriyyə fondlarına ümumilikdə 1 milyon dollar pul ayırıb.

Bu barədə instaqramda məlumat paylaşan iki məşhur sima xeyriyyə cəmiyyətlərinin bu cür yardımlara ehtiyaclarının olduğunu vurğulayıb.