“Qafqazinfo” itar-tass-a istinadən xəbər verir ki, idmançı bu barədə şəxsi Twitter və Instagram səhifələrində məlumat verib.
Felps Nikolla birlikdə paylaşdığı fotoya “O, hə dedi” şərhini yazıb. Conson isə cavabında “Mən tezliklə xanım Felps olacağam” qeydini əlavə edib.
Qeyd edək ki, Maykl Felps idman tarixində 18 dəfə olimpiya çempionu olmuş və Olimpiya oyunları tarixində 22 mükafat almış yeganə idmançıdır.
Nikol Conson isə 2010-cu ildə “Miss Koliforniya” gözəllik yarışmasının qalibidir.
Son xəbərlər
Son Xəbərlər