Məşhur cütlük pula görə ayrılıbmış...

meshur-cutluk-pula-gore-ayrilibmis
Oxunma sayı: 724

Pop ulduz İrem Derici ilə sevgilisi Lider Şahinin ayrılma səbəbi ortaya çıxıb. “Qafqazinfo” xəbər verir ki, iki məşhurun pul üstündə münasibətlərinə son qoyduğu məlum olub.

Belə ki, müğənninin menecerliyini edən Lider ona yeni bir iş tapıb. Məşhur restoranda səhnəyə çıxacaq İremlə Lider arasında pul üstündə anlaşılmazlıq meydana gəlib. 

Bundan əlavə, Antalyada konsert verən İrem Çeşmədəki evində onu gözləyən sevgilisinin yanına getməyib. O, Liderdən xəbərsiz Bodruma tətilə yollanıb. 

Bununla da, aralarında soyuq küləklər əsən cütlük ayrılıb.