Məşhur cütlüyün fotoları müzakirə olundu - Fotolar

meshur-cutluyun-fotolari-muzakire-olundu
Oxunma sayı: 8050

Türkiyənin məşhur cütlüyü, aktrisa Neslihan Atagül və həyat yoldaşı, aktyor Kadir Doğulu fotoları ilə gündəm olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlüyün yataq otağından paylaşdığı şəkillər sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

İzləyicilərin bəziləri bunu cütlüyün şəxsi məsələsi adlandırsa da, əksəriyyəti mənfi rəy bildirib.

Qeyd edək ki, Neslihan Atagülün ilk baş rol oynadığı ekran işi “Fatih Harbiye” teleserialı olub. O, bu serialdakı tərəf müqabili Kadir Doğulu ilə 2016-cı ildə ailə həyatı qurub.