Məşhur cütlüyün koronavirusa yoluxmasından sonra ilk fotosu

meshur-cutluyun-koronavirusa-yoluxmasindan-sonra-ilk-fotosu
Oxunma sayı: 2961

Dünyaca məşhur aktyor Tom Henks və xanımı Rita Uilson səhhəti barədə açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, koronavirus epidemiyasına yoluxan cütlük instaqramda foto paylaşaraq səhhətləri barədə məlumat verib.

Avstraliyada olan 63 yaşlı Henks hələ də karantində olduğunu bildirib:

““Covid-19”muz var, karantindəyik. Ona görə də başqasına keçməsi mümkün deyil. Həkimlərin tövsiyələrini dinləyirik, bir-birimizə diqqət edirik. Biz bu xəstəliyə qalib gələ bilərik. Bacara biləcəyimiz şeylər var, elə deyilmi?”

Hollivud ulduzu rol aldığı “A league of their own” filmindən bir sitat da gətirib: “Unutmayın, hər şeyə rəğmən beyzbolda ağlamaq olmaz”.