Məşhur cütlüyün oğlundan 1 milyon təzminat tələb edir

meshur-cutluyun-oglundan-1-milyon-tezminat-teleb-edir
Oxunma sayı: 1961

Dünyaca məşhur aktyor Tom Henks və aktrisa Rita Uilsonun 30 yaşlı musiqiçi oğlu Çet Henks cinsi zorakılıqda ittiham edilib.

“Qafqazinfo” xəbər verir ki, Çet əvvəlcə keçmiş sevgilisi Kiana Parker tərəfindən bıçaqlı hücuma məruz qaldığını, onun pullarını oğurladığını deyib.

İttihamlara cavab verən Kiana Çetlə sevgili olduğu müddətdə fiziki və sözlü zorakılığa məruz qaldığını qeyd edərək məhkəməyə müraciət edib. O, qarşı tərəfdən 1 milyon dollar təzminat tələb edib.