Ötən gün Kenan İmirzalıoğlu və Sinem Kobal Cunda adasında təşkil edilən mərasimlə ailə həyatı qurub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, toya sənət dünyasından bir çox məşhurlar qatılıb.
300 nəfərin iştirak etdiyi toyda Kenanın nikah şahidi Ahmet Sınav, Sinemin isə vəfat edən xalası Gülay Dericinin həyat yoldaşı Erdal Dereci olub.
Kenan İmirzalıoğlu, Sinem Kobaldan “bəli” cavabını alan kimi onun əlindən öpüb. Bu addım qonaqların güclü alqışına səbəb olub.
Kenan və Sinem oteldən çıxaraq jurnalistlərin suallarını cavablandırıb:
“Çox şükür, hər şey yaxşıdır. Bura qədər gəldiniz, minnətdarıq. İki gündür ki, çox ciddi hazırlaşırıq. Siz də bu toya xüsusi enerji sərf etdiniz. Bunun fərqindəyik. Ona görə də, toydan çıxıb sizi salamlamaq istəyirəm”.












Son xəbərlər
Son Xəbərlər