Məşhur dizayner vəfat etdi - Hazırladığı bu geyimlə tanınmışdı - Fotolar

meshur-dizayner-vefat-etdi-hazirladigi-bu-geyimle-taninmisdi
Oxunma sayı: 2704

Məşhur dizayner İzabel Toledo ABŞ-da vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Associated Press” onun nümayəndələrinə istinadən xəbər verib.

Toledo ömrünün 60-cı baharında həyatdan köçüb. Onun ölümünə səbəb süd vəzi xərçəngi xəstəliyi olub.

Qeyd edək ki, ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama üçün hazırladığı geyim dizaynerə məşhurluq gətirmişdi. Belə ki, Obama həmin geyimi həyat yoldaşı Barak Obamanın 2009-cu ildə keçirilən inauqurasiya mərasiminə geyinmişdi.

Demi Mur, Debi Meyzar və Debri Messinq kimi aktrisaların da qarderobunda Toledonun hazırladığı geyimlər var.