İspaniyanın Pamplona şəhərində hər il ənənəvi olaraq keçirilən "San-Fermin" festivalı bu il koronavirus pandemiyası səbəbi ilə ləğv edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Pamplona bələdiyyəsi açıqlama verib. Pamplona Bələdiyyəsinin verdiyi məlumata görə bir milyona yaxın insanın qatıldığı festival hər il şəhərə 74 milyon avro gəlir gətirirdi.
Qeyd edək ki, Valensiyadakı "Las-Fallas" (15-19 mart), Sevilyadakı Aprel Sərgisi (25 aprel-2 May) və Pasxa mərasimləri kimi İspaniyaya yüz milyonlarla gəlir gətirən mərasim və tədbirlər də bu il koronavirus pandemiyası səbəbindən ləğv edilib.
Son xəbərlər
Son Xəbərlər