Hollivudun maraqla gözlənilən filmlərindən olan “Transformers:The Last Knight”ın ("Transformerlər: Sonuncu cəngavər") ilk treyleri yayımlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, filmdə baş rolları Mark Volberq, Entoni Hopkins, Coş Cuamel, İzabela Moner, Tayliz Qibson və digərləri canlandırıblar. Ekran işinin rejisssoru isə Taika Uaititidir.
Ssenariyə əsasən, insanlar Optimus Praymsız düşmənlərlə üz-üzə qalır və təklikdə mübarizə aparmalı olur. Xilas olmaq üçün onlar Transformerlərin yerdəki keçmiş sirlərini açmalıdırlar.
Film Transformer seriasının 5-ci hissəsidir.
“Transformers:The Last Knight” filminin premyerası iyunun 22-də baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər