“Yeva məyus oldu, çünki qatar “Bakmil” stansiyasına gedirdi...” Bu, onun Bakıya “gətirdiyi” qəhrəmanları üçün yazdığı şərhlərdən biridir.
“Qafqazinfo”nun məlumatına görə, azərbaycanlı qrafik dizayner Bahaddin Məmmədlinin “Filmlər Bakı fonunda” layihəsi sosial şəbəkədə maraqla qarşılanıb. Belə ki, dizayner məşhur film personajlarını qrafik üsulla Bakıya gətirib.
“Midnight in Paris”, “The Notebook”, “The Pianist”, “La La Land” və bir çox məşhur film və serialların personajlarının İçərişəhərin ensiz dalanlarında, Dənizkənarı Milli Park, Bakı metrosu və ya Nizami küçəsində canlandırılması xoş ab-hava yaradıb.
Günel Hacı



















Son xəbərlər
Son Xəbərlər