Məşhur fransalı bloqer Azərbaycanda - Fotolar

meshur-fransali-bloqer-azerbaycanda
Oxunma sayı: 4133

Məşhur bloqer sosial media hesablarından, həmçinin “Netflix” platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəni təqdim edəcək.

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, avtomobil turu formatında həyata keçiriləcək layihədə Fransanın komediya ustası “Patrick le Chinois” ləqəbi ilə tanınan Patrik Veiseiller Azərbaycan tarixi, milli-mədəni irsi, tolerant və multikultural mühiti barədə verilişlər hazırlamaq məqsədilə Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət qrupla Naftalan, Göygöl, Şəki, Bakı və digər bölgələrə səfər edib.

Naftalanda qonağa şəhər barədə ətraflı məlumat verilib və Naftalanın əsas görməli mədəni-tarixi yerlərində çəkilişlərin aparılmasına şərait yaradılıb.

Qeyd edək ki, bloqer, həmçinin, paytaxt Bakı və şəhərin memarlığı, mədəni mühiti ilə bağlı reportajları da təqdim edəcək.