Məşhur fransız yazıçı dünyasını dəyişdi

meshur-fransiz-yazici-dunyasini-deyisdi
Oxunma sayı: 737

Məşhur fransız yazıçı Ann Qolon 95 yaşında Versal şəhərində dünyasını dəyişib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə yazıçının qızı Nadin Qolubinoff bildirib.

Qeyd edək ki, Ann Qolon dünyada tarixi-silsiləvi Anjelika romanları ilə məşhurlaşıb. Onun həyat yoldaşı Serj Qolonla birlikdə qələmə aldığı romanlar 13 kitabdan ibarətdir və 30 dilə tərcümə olunub.