Məşhur futbolçu ana oldu - Foto

meshur-futbolcu-ana-oldu
Oxunma sayı: 3773

Futbol üzrə qadınlardan ibarət ABŞ millisinin və "Orlando Payret" klubunun hücumçusu Aleks Morqanın övladı dünyaya gəlib.

"Qafqazinfo" xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə İnstaqram hesabında paylaşım edib. Xanım futbolçu qız övladına Çarli Elena adının verildiyini bildirib.

Qeyd edək ki, Morqan "Lion"la Çempionlar Liqasının qalibi olub. O, ABŞ millisində 2 dəfə dünya çempionluğu yaşayıb.