Məşhur futbolçu basketbol klubu ilə anlaşdı

meshur-futbolcu-basketbol-klubu-ile-anlasdi
Oxunma sayı: 1533

Argentina millisinin və “İnter”in sabiq futbolçusu Rodriqo Palasio İtaliyanın 4-cü divizionunda mübarizə aparan “Polisportiva Qarnyano” basketbol klubu ilə müqavilə bağlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, artıq basketbol klubu ilə ilk oyununa da çıxıb.

Palasio futbolçu karyerasını başa vurmayıb. O bildirib ki, yaxşı təklif olacağı halda yenidən futbol oynamağa davam edə bilər.