Məşhur futbolçu da “Borussiya”dan ayrılır

meshur-futbolcu-da-borussiyadan-ayrilir
Oxunma sayı: 1316

Alman futbolçu Mats Hummels Dortmund “Borussiya”sından ayrılmaq üzrədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano paylaşım edib. 

Alman klubundan ayrılsa da, 35 yaşlı futbolçu Səudiyyə Ərəbistanıdan aldığı təklifi geri çevirib. Bildirilib ki, o, karyerasını Avropada davam etdirmək istəyir. 

Qeyd edək ki, mərkəz müdafiəçisi son mövsüm “Borussiya”nın heyətində bütün turnirlər nəzərə alınmaqla meydana çıxdığı 40 oyunda 4 qol vurub, 1 dəfə məhsuldar ötürmə müəllifi olub. 

Xatırladaq ki, ötən gün “Borussiya”nın baş məşqçisi Edin Terziç də gözlənilmədən istefa vermişdi.