Məşhur futbolçu koronavirusa yoluxdu

meshur-futbolcu-koronavirusa-yoluxdu
Oxunma sayı: 1304

Fransa yığmasının və “Marsel” klubunun üzvü Dmitri Payet koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, komandanın bütün üzvləri COVİD-19 testindən keçib və məşhur futbolçunun nəticəsi pozitiv çıxıb. 

Bu səbəbdən Fransa çempionatının ilk turunda bu gün keçirilməsi planlaşdırılan “Marsel” – “Sent-Etyen” matçı təxirə salınıb.