Məşhur futbolçu koronavirusa yoluxduğunu təsdiq etdi

meshur-futbolcu-koronavirusa-yoluxdugunu-tesdiq-etdi
Oxunma sayı: 4691

Argentina millisinin və “Yuventus”un ulduz futbolçusu Paulo Dibala koronavirusa yoluxması barədə məlumatları təsdiq edib. 

“Qafqazinfo”xəbər verir ki, bu barədə futbolçunun özü şəxsi tvitter hesabında yazıb.

“Mən və sevgilimin analiz nəticələri pozitiv çıxdı. Hazırda çox yaxşıyıq. Dəstəyiniz üçün hər kəsə təşəkkür edirəm”, - deyə futbolçu bildirib.

Qeyd edək ki, Yuventusun heyətində Ruqani və Matuididən sonra Dibala koronavirusa yoluxan 3-cü futbolçu oldu.