Məşhur futbolçu sərbəst buraxıldı

meshur-futbolcu-serbest-buraxildi
Oxunma sayı: 739

Türkiyə tarixində ən çox qol vurmuş keçmiş futbolçu Tanju Çolak iyunun 10-da mafiya ilə əlbir olaraq başqalarından pul almaqda ittiham edilərək saxlanılmışdı.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, bu gün Ankara məhkəməsi faktla bağlı saxlanılan 9 nəfər barəsində qərar çıxarıb.

Qərara görə, 3 nəfər həbs edilib, 6 nəfər isə şərti azadlığa buraxılıb. Azadlığa çıxanlar arasında Tanju Çolak da var.

Məhkəmə onun ölkədən çıxışına qadağa qoyub.

Fərid Ədalət