Kamerunlu hücumçu Samuel Eto`O Türkiyənin “Konyaspor” klubundan ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
37 yaşlı hücumçu ilə 2020-ci ildə başa çatacaq müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub. O, “Konyaspor” klubundan 1 milyon avro təzminat alacaq.
Onun Fransanın “Nim” klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, Eto`O ötən mövsümün qış fasiləsində “Antalyaspor”dan “Konyaspor”a keçmişdi. Kamerunlu ulduz karyerası ərzində İspaniyanın “Real Madrid”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, İtaliyanın “İnter”, “Sampdoriya”, Rusiyanın “Anji”, İngiltərənin “Çelsi” və “Everton” klublarından forma geyinib.
Son xəbərlər
Son Xəbərlər