Məşhur futbolçu “Valensiya”dan ayrıldı

meshur-futbolcu-valensiyadan-ayrildi
Oxunma sayı: 1510

İspaniyanın “Valensiya” klubunun müdafiəçisi Esekyel Qaray La Liqa təmsilçisindən ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə argentinalı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.

33 yaşlı oyunçu 2016-cı ildən şərəfini qoruduğu klubun azarkeşləri, eləcə də komanda yoldaşları ilə vidalaşıb.

Argentina yığmasının sabiq üzvü karyerası ərzində “Nyuells Old Boyz”, “Rasinq”, “Real”, “Benfika” və “Zenit”də də forma geyinib.