Məşhur futbolçu vəfat etdi

meshur-futbolcu-vefat-etdi
Oxunma sayı: 690

Tanınmış futbolçu, Kot-d’İvuar yığmasının yarımmüdafiəçisi Şeyk Tiote vəfat edib.

“Qafqazinfo” Sports.ru-ya istinadən xəbər verir ki, o, Çinin “Beytszin Enterprayzes” klubunun məşqində huşunu itirib. Xəstəxanaya yerləşdirilən 30 yaşlı oyunçunun həyatını xilas etmək mümkün olmayıb. 

Tiotenin ölümünü onun agenti Emanuele Palladino da təsdiqləyib. Ölümün səbəbi hələ ki, açıqlanmır. 

Qeyd edək ki, “Nyukasl”ın da şərəfini qorumuş idmançı Çinə 2017-ci ilin fevralında köçmüşdü.