Məşhur futbolçu xəstəxanaya yerləşdirildi

meshur-futbolcu-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2334

İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu Daniele De Rossi xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo" İtaliya mətbuatına istinadən xəbər verir ki, buna koronavirusa yoluxan məşhur futbolçunun vəziyyətinin ağırlaşması səbəb olub.

Qeyd edək ki, "Roma"da futbolçu karyerasını başa vuran sabiq yarımmüdafiəçi, ötən ay İtaliya millisində məşqçilər heyətinə daxil edilib.