Məşhur futbolçular Bakı Qran-Prisində

meshur-futbolcular-baki-qran-prisinde
Oxunma sayı: 1569

İyunun 7-də Bakı şəhər halqasında virtual Formula 1 Azərbaycan Qran-Prisi keçiriləcək.

“Qafqazinfo” Azərtac-a istinadən  xəbər verir ki, Serxio Peres və Pyer Qaslinin virtual dünya çempionatında debütü məhz Azərbaycan Qran-Prisinə təsadüf edəcək. Onlarla yanaşı, yürüşdə Aleks Albon, Antonio Covinatsi, Nikolas Latifi, Şarl Lekler və Lando Norris güclərini sınayacaqlar. Həmçinin Dakar rallisinin sabiq çempionu Mattias Valkner da iştirakçılar arasında yer alacaq.

Qran-Pridə “Mançester Siti”nin müdafiəçisi Emerik Laporte, “Milan”ın qapıçısı Canluici Donnarumma, “Real"ın qapıçısı Tibo Kurtua da birincilik uğrunda yarışacaq.

Yarış Formula 1-in “YuTub”, “Tvitç”, “Feysbuk”, həmçinin tərəfdaş telekanallar vasitəsilə yayımlanacaq.