Məşhur futbolçunun bacılarını döydülər

meshur-futbolcunun-bacilarini-doyduler
Oxunma sayı: 3955

“Mançester Siti”nin futbolçusu Riyad Mahrezin bacıları quldurlar tərəfindən döyülüb. “Qafqazinfo” xəbər verir ki, məşhur futbolçunun bacıları Dunyu və İnes Parisdə özlərinə məxsus gözəllik salonundan hücuma məruz qalıblar.

12 nəfərlik dəstə salonu qarət etməklə yanaşı Mahrezin bacılarını döyərək təhqir ediblər.

Dunyu bildirib ki, quldurlardan biri onu boğmağa çalışıb: “Digər quldurlar isə bacıma təpik vuraraq söyürdülər”.