Norveçin “Aalesund” klubu yaxın keçmişin tanınmış futbolçusu Yon Arne Riisenin heykəlini ucaldıb.
“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, “Liverpul”un sabiq müdafiəçisi bu diqqətə görə akademiyasından yetişdiyi kluba təşəkkürünü bildirib.
Qeyd edək ki, Riise karyerası ərzində “Monako”, “Liverpul”, “Roma”, “Fulhem”, APOEL və Hindistanın “Çennayin” klubunda forma geyini. O, hazırda “Aalesund”da idman direktoru kimi çalışır.


Son xəbərlər
Son Xəbərlər