Məşhur futbolçunun oğlunu döydülər - Fotolar

meshur-futbolcunun-oglunu-doyduler
Oxunma sayı: 2100

Türkiyənin əfsanəvi futbolçularından olan Oğuz Çetinin oğlu Bartu döyülüb. “Qafqazinfo” xəbər verir ki, 25 yaşlı gənc bardan çıxarkən naməlum şəxslərlə mübahisə etməyə başlayıb. 

Kiçik mübahisə böyük davaya səbəb olub və B. Çetinin başında şüşə sındırılıb. O, dostları tərəfindən taksiyə mindirilərək xəstəxanaya aparılıb. 

Oğuz Çetin oğlunun səhhəti ilə bağlı açıqlama verib: “Oğlumun vəziyyəti yaxşıdır. Nə baş verdiyindən xəbərsizəm. Yəqin ki, araşdırma zamanı hər şey məlum olacaq”.