Məşhur gitarist də Konqresə giribmiş - Foto

meshur-gitarist-de-konqrese-giribmis
Oxunma sayı: 1447

 “Iced Earth” metal qrupunun yaradıcısı və gitaristi Con Şaffer ABŞ-da Konqres binasına daxil olan nümayişçilər arasında olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kolumbiya Polis Mərkəzi məlumat yayıb. Eyni zamanda Şafferin fotosu paylaşılıb və saxlanılanlar sırasında yer aldığı qeyd olunub.

Konqres binasında lentə alınan sözügedən şəklin müəllifi AFP xəbər agentliyinin müxbiri Roberto Şmitdir. 

Qeyd edək ki, Con prezident seçkilərində məğlub olan Donald Trampı daim dəstəkləmiş, Co Baydenin qalib seçilməsinə etirazını bildirmişdi.