Məşhur hakim Bakıya gəlir

meshur-hakim-bakiya-gelir
Oxunma sayı: 3243

AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində iyulun 3-də, Bakıda keçiriləcək Çexiya – Danimarka matçının hakimləri açıqlanıb.

“Qafqazinfo” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Byörn Kuypers olacaq. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rusiyadan olan Sergey Karasev yerinə yetirəcək.

İyulun 3-də keçiriləcək Çexiya – Danimarka matçına saat 20:00-da start veriləcək.