Məşhur hakim karyerasını başa vurdu

meshur-hakim-karyerasini-basa-vurdu
Oxunma sayı: 1899

Məşhur niderlandlı hakim Byörn Kuypers karyerasını başa vurub.

"Qafqazinfo" xəbər verir ki, Niderland Superkubokunda dünən keçirilən "Ayaks" - PSV görüşü (0:4) onun karyerasında son matç olub. 48 yaşlı referi sözügedən matçın baş hakimi olub.

Qeyd edək ki, Kuypers Avro-2020-nin finalının  İtaliya – İngiltərə oyununu (1:1, penaltilər seriyası - 3:2) idarə etmişdi.