Məşhur heykəltəraşın əsəri Bakıda nümayiş olunacaq

meshur-heykelterasin-eseri-bakida-numayis-olunacaq
Oxunma sayı: 850


“Qafqazinfo”nun məlumatına görə, müəllifin 2013-cü ildə yaratdığı “Parabolik bükülmə” (Parabolic Twist) əsəri Mərkəzin daimi ekspozisiyasında sərgilənəcək.

Aniş Kapurun Heydər Əliyev Mərkəzində nümayiş olunan “Parabolik bükülmə” əsəri güzgü effekti ilə ətraf aləmi özündə cəmləşdirir. 

“Mənim bir çox əsərlərim izləyici nəzərə alınaraq yaradılıb və bu əsərlər onlara qarşı laqeyd deyil. İzləyici mənim əsərlərimin ayrılmaz tərkib hissəsidir”, - deyə Aniş Kapur bildirib.

Qeyd edək ki, “Parabolik bükülmə” əsəri 2013-cü ildə ABŞ-ın “Complex” jurnalının “Selfie üçün ən gözəl incəsənət əsərləri” siyahısında 15 incəsənət nümunəsi sırasında 6-cı yerdə qərarlaşıb. 

Könül