Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu

meshur-hind-aktyoru-ve-oglu-koronavirusa-yoluxdu
Oxunma sayı: 6633

Hindistanın məşhur aktyoru Amitabh Baççan və oğlu Abhişek Baççan koronavirusa yoluxublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onlar Tvitetrdə məlumat veriblər.

“Covid testim müsbət çıxdı və xəstəxanaya yerləşdirildim. Ailəm və işçi heyətim test verdilər və nəticələr gözlənilir. Son 10 gündə mənimlə yaxın təmasda olan hər kəsi test verməyə dəvət edirəm”, - deyə Amitabh Baççan yazıb.

Daha sonra aktyor-prodüser Abhişek Baççan da koronavirusa yoluxması barədə sosial şəbəkədə paylaşım edib.