Məşhur Hollivud aktrisası vəfat etdi

meshur-hollivud-aktrisasi-vefat-etdi
Oxunma sayı: 1710

Amerikalı aktrisa Enn Heç vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı aktrisa avqustun 5-də Los-Ancelesdə ağır yol qəzası keçirib və komaya düşmüşdü.

Aktrisanın iyirmi yaşlı Homer və on üç yaşlı Atlas adlı iki oğlu var.

Enn “Altı gün”, “Qara noyabr”, “Yeddi gecə”, “Donni Brasko”, “Supermen: Qiyamət günü”, “Bastion” və s. filmlərdə rol alıb.