Məşhur hüquq müdafiəçisi xəstəxanaya düşdü

meshur-huquq-mudafiecisi-xestexanaya-dusdu
Oxunma sayı: 1120


“Qafqazinfo” interpress.az-a istinadən xəbər verir ki, bronxual astma diaqnozu ilə xəstəxanaya yerləşdirilən M.Zeynalova hazırda Daxili İşlər Nazirliyinin hospitalının reanimasiya şöbəsindədir.

M.Zeynalova vəziyyətinin yaxşı olduğunu və iyulun 7-dən etibarən palataya köçürüləcəyini bildirib: “Xəstəxanada 10 günə yaxın müalicə olunacağam. Həkimlərin dediyinə görə bundan daha tez də evə buraxılmam mümkündür. Özümü artıq yaxşı hiss edirəm. Mənə görə narahatlıq keçirən bütün dostlarıma təşəkkür edirəm”.