Məşhur idmançı nişanlandı- - "Sevgililər günü" sürprizi

meshur-idmanci-nisanlandi-
Oxunma sayı: 4195


“Qafqazinfo” eurosport-a istinadən xəbər verir ki, o, Bolqarıstandan olan tennisçi Qriqor Dimitrovla ailə həyatı quracaq.

“Tennis” jurnalı cütlüyün nişanlandığını rəsmi şəkildə sabah-“Müqəddəs Valentin günü”ndə elan edəcəyini yazır. Məlumata görə, Qriqor nişan üzüyünü “Sevgililər günü” münasibətilə təqdim edib. 

Şarapovayla Dimitrovun münasibətləri 2012-ci ildən başlayıb. Bundan əvvəl Mariya sloveniyalı basketbolçu Saşa Vuyaçiçlə sevgili olub. 

27 yaşlı qadın tennisçi dünya təsnifatında amerikalı tennisçi Seren Uilyamsdan sonra ikinci yeri tutur. O, 5 dəfə “böyük dəbilqə” turnirinin qalibi olub. 

23 yaşlı Qriqor Dimitrov isə həmin reytinqdə 11-ci yerdədir.