“Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən məhkəmədə hakim idmançının iddia edildiyi kimi qəsdən və planlı şəkildə, odlu silahla sevgilini öldürmədiyi qənaətinə gəlib Hakim bunun üçün kifayət qədər dəlilin olmadığını bəyan edib. Əks halda atletə ittihamçılar tərəfindən ömürlük həbs cəzası istənilirdi. Pistorios özü sevgilisini öldürdüyünü etiraf edib lakin o qəsdən yox, evə oğru girdiyini zənn edərək və sevgilisini həyəcandan oğruya bənzətdiyi üçün atəş açdığını bildirib. Hakimin haqqında çıxardığı qərarı eşitdikdən sonra idmançı ağlamağa başlayıb. Ancaq bununla belə, hakim qəsdən olmasa da, ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə Pistoriosa cəza verilcəyini də bildirib. Ayaqları amputasiuya edilmiş və London yay Olimpiyadasında ölkəsini protez ayaqlarla təmsil edən atletə ən az 15 il həbs cəzası veriləcəyi gözlənilir.
Qeyd edək ki, Oskar Pistorios 2013-cü il fevralın 14-də sevgilisi Reva Stenkampı öz evində öldürdüyü iddiası ilə həbs edilib.
İqbal
Son xəbərlər
Son Xəbərlər