Məşhur idmançıya qarşı irqçi hücum

meshur-idmanciya-qarsi-irqci-hucum
Oxunma sayı: 639

Amerikalı basketbol ulduzu Lebron Ceymsə qarşı irqçi hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident oyunçunun Los Ancelesdəki evinin qarşısında qeydə alınıb.

Los Anceles Polis Departamenti artıq faktla bağlı araşdırmalara başlanıldığını vurğulanıb.

“NBA oyunçusu Lebron Ceymsin evinin qarşısında spreylə irqçi sözlər qeyd edilib”,- deyə bəyanatda bildirilib.