Məşhur ingilis futbolçunun evi qarət olunub - Fotolar

meshur-ingilis-futbolcunun-evi-qaret-olunub
Oxunma sayı: 2024

İngiltərə yığmasının sabiq kapitanı Con Terrinin evi qarət olunub.

Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, insident fevralın 25-də, Surrey qraflığında qeydə alınıb.

Adıçəkilən evi İngiltərə yığma komandasının sabiq kapitanı 2014-cü ildə tanınmış qolfçu Kolin Montqomeridən 5 milyon funt sterlinqə alıb.

Cinayət C.Terri həyat yoldaşı ilə birgə Dubayda olduqları vaxt baş verib. Faktla bağlı polis araşdırma aparır.   

1998-ci ildən Londonun “Çelsi” klubunun şərəfini qoruyan  C.Terri cari mövsümdə İngiltərə çempionatında 5 oyun keçirib. Onun klub ilə müqaviləsi 2017-ci ilin yayında bitir.